Deputat təklif etdi-“Bu hallara görə cinayət işi başlanmalıdır”

Hesablama Palatasının parlament qarşısında hesabatından aydın olur ki, bir sıra dövlət orqanları büdcə vəsaitlərindən istifadəyə münasibətdə qanunvericiliyin tələblərini pozub. Cinayət-Prosessual Məcəllənin 46.2-ci maddəsinə əsasən cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya kütləvi informasiya vasitəsinin məlumatları, yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər.

XALQ.AZ xəbər verir ki, bu təkliflə millət vəkili Bəhruz Məhərrəmov çıxış edib.

Millət vəkili ona görə hesab edir ki, Respublika Baş Prokurorluğu Palatanın hesabatı ilə ictimailəşmiş faktlar üzrə məsələləri nəzarətə götürməli, səbəb və əsaslar müəyyən ediləcəyi halda cinayət işi başlanmalı, prosesin gedişatı barədə Milli Məclisin (MM) müvafiq komitələrində prokurorluq orqanın səlahiyyətli nümayəndələrinin iştirakı ilə müvafiq dinləmələr keçirilməlidir.

Qeyd edim ki, Milli Məclisdən hesabatın təqdimatı zamanı çıxışlar fasilə ilə əlaqədər kəsildiyindən əlavə vaxt aparmamaq üçün mövqeyimi parlamentin Katibliyinə yazılı olaraq təqdim etdim”-deyə, o, əlavə edib.