Deputat təkliflə çıxış etdi

Avropa Şurası Parlament Assambleyasının “Sağlamlıq və Dayanıqlı İnkişaf” sub-komitəsinin növbəti videokonfrans dinləməsi baş tutdu.

Milli Məclisin deputatı Könül Nurullayeva iclasda iştirak edərək təkliflə çıxış edib.

Deputat qeyd edib ki, tədbirin budəfəki gündəliyinə bir, lakin çox önəmli məsələ daxil edilmişdir. Bu dünya əhalisi arasında COVİD-19 vaksinasiya prosesinə qarşı yaranan qərarsızlıq, əsassız mənbələrə inam, parlamentlərin bu istiqamətdə atacağı addımların təhlili, maarifləndirmə işi və mövzu üzrə ekspertlərlə birgə qarşılıqlı öyrənmə məsələsi idi.

Nəzərinizə çatdırım ki, sözügedən iclas zamanı təkliflərimi irəli sürərək, Azərbaycanda vaksinləşmə prosesinin başlandığı və hal-hazırda 65 yaşından yuxarı şəxslərin də bu imkandan uğurla yararlandığını bildirdim. Parlament daxilində ictimai və ekspert dinləmələrinin keçirilməsinin, vaksinləşmə prosesi haqqında düzgün digital maarifləndirilmə işinin aparılmasının, eyni zamanda “qara bazar” və kiber hücumlar vasitəsilə vaksinləşmə prosesinə dəyə biləcək mümkün ziyanı aradan qaldırmaq üçün güc strukturlarının və İT texnologiyalarının inkişaf etdirilməsinin məqsədəuyğun olduğunu komitənin diqqətinə çatdırdım.