İstanbulda 6 milyon manatlıq şirkətləri hansı məmurlar yaradıb?

2020-ci ildə Türkiyədə Azərbaycan kapitalı ilə 148 şirkət qeydiyyata alınıb.

XALQ.AZ xəbər verir ki, bu barədə Türkiyə Ticarət və Sənaye Palatası (TOBB) məlumat yayıb. Məlumatda bildirilir ki, ötən il ərzində Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 33,868 milyon türk lirəsi olduğu halda, 2019-cu ildə bu rəqəm 30,11 milyon türk lirəsi təşkil edib. Qeyd edilib ki, 2020-ci ildə Azərbaycan şirkətlərinin əksəriyyəti, ümumi kapitalı 25,434 milyon türk lirəsi olan İstanbulda (98 şirkət) qeydiyyata alınıb. 2020-ci ildə Türkiyədə Azərbaycan kapitalı ilə 16 sənaye, 5 tikinti, topdan və pərakəndə ticarətdə 72 şirkət, 9 turizm şirkəti, 3 dağ-mədən və 5 daşınmaz əmlak satışı şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Yayılan məlumatlara görə, son zamanlar məmurlar ailələrinə məxsus bizneslərini xarici ölkələrə daşımağa üstünlük verirlər. Türkiyənin rəsmi qurumunun xəbərinə görə bu məlumatın doğruluğunu təsdiq edilir.

Hansı məmurlar İstanbulda 6 milyon manat dövrüyyəsi olan 98 şirkət yaratdığını XALQ.AZ araşdırmalarında təqdim edəcəyik.