Deputat təkliflə çıxış etdi- Sosial şəbəkələrdə giriş rəsmiləşsin

“Hesab edirəm ki, sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə olmalıdır”.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Jalə Əhmədova deyib.

Deputat media işçilərinə müraciə edib:

“Bir məlumatı yayan zaman onun doğruluğunu yoxlayın. Məlumat və şou xətrinə nələrisə yaymaq olmaz. Bu məsələləri peşəkar media işçilərimizə aid etmirəm. Hesab edirəm ki, qeyri-peşəkar mətbuat işçilərinə nəzarət mexanizmi olmalıdır. Özüm də bu kimi informasiyalara məruz qalıram. Pisləmək çox asandır. Amma qurmaq, yaratmaq peşəkarlıq tələb edir”.