Deputat: “Tarixdə erməni vandalizmi”

“Tarixi vərəqlədikdə erməni vandalizminin sonsuz olduğunu və dünyada azərbaycanlılara, türklərə qarşı ermənilərin apardığı terror aktının 100 ildən artıqdır ki, mövcud olduğunu görmək mümkündür. Bu etnos uzun illərdir türk düşmənçiliyi edir, islamafobiyanı, türkofobiyanı və azərbaycanafobiyanı bütün dünyada təbliğ edir. Bununla yanaşı, bu cür faşist təfəkkürə sahib olan Ermənistan hakimiyyəti və cəmiyyəti terrorçuların qəhrəmanlaşdırılması, hətda onların erməni gənclərinin idealına çevrilməsi üçün hər cür təbliğatdan istifadə edirlər. Onlar türklərə qarşı cinayət törədənləri, soyqırımı edənləri “milli qəhrəman” sayırlar. Qaregin Nidje, Andronik Ozanyan, Sarkis Abrahamyan erməni gənclərinin ideallarıdır. Bu etnosun yeni nəsli belə “qəhrəmanlar”ın çürük və faşist düşüncələri ilə tərbiyə olunurlar. Ermənistanda və erməni lobbisinin fəal olduğu ölkələrdə müxtəlif tədbirlərlə hər il bu vandal, faşist “qəhrəmanların” anım mərasimi keçirilir. Belə mərasimlərdən biri də “Lissabon 5” adlı anım mərasimidir. Bu tədbir Amerika Birləşmiş Ştatları, Fransa, Livan erməniləri tərəfindən də qeyd olunur. Adətən belə tədbirlərdə erməni ruhaniləri “öz ləyaqətli ölümləri ilə erməni icmasını sarsıtmış azadlıq uğrunda canlarından keçən qəhrəmanların” şərəfinə rekviyemlər söyləyirlər. Bu tədbirlərin keçirilməsi, terrorçuların qəhrəmanlaşdırılması erməni cəmiyyətinin faşist, vandal simasının və faşizm meyillərinin bu etnosun xarakterik özəlliyi olduğunun təzahürüdür

Tamam Cəfərova

 Milli Məclisin deputatı