Putinin həbsinə order verən hakimlə bağlı axtarış elan olundu

Rusiya prezidenti Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) hakimi Tomoko Akane cinayət işi üzrə axtarışa verilib.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin axtarış bazası məlumat yayıb.
“Tomoko Akane. Yapon. Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib”, – məlumat bazasında deyilir.
Konkret hansı maddə üzrə axtarışda olduğu qeyd edilmir.
Qeyd edək ki, bu il martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Putin və Rusiya Federasiyasının Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın əhalinin qeyri-qanuni deportasiyasından ibarət olan hərbi cinayətlərdə iştirak etmək, o cümlədən uşaqların qanunsuz olaraq Rusiyaya köçürülməsi ittihamı ilə həbsinə order verib.