Deputatımız beynəlxalq tədbirdə iştirak edəcək

Milli Məclisin deputatı Könül Nurullayeva iyulun 12-də Monteneqronun paytaxtı Podqoritsa şəhərinə səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilir ki, millət vəkili Monteneqro Respublikasının Parlamentində keçiriləcək Tolerantlıq və Sülh üçün Beynəlxalq Parlamentin 6-cı plenar sessiyasında iştirak edəcək.

Tədbirdə Könül Nurullayeva tolerantlıq və sülh prinsiplərinin təşviqi və inkişafının zəruriliyi barədə danışacaq, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədən, ölkəmizin regionda sabitliyin qorunması istiqamətində atdığı addımlardan bəhs edəcək.