Deputatlar 18 günlük tətilə çıxırlar

Millət vəkilləri bu həftə tətilə çıxacaqlar.

 

XALQ.AZ  xəbər verir ki, İlin sonuncu plenar iclası dekabrın 28-də, həftənin cümə günü keçiriləcək.

Plenar iclasdan sonra deputatlar tətilə çıxacaq. Parlamentin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Dekabrın 29-u şənbə, 30-u isə bazar, dekabrın 31-i isə Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə təsadüf etdiyindən deputatlar 18 gün tətildə olacaqlar.

 

Orxa