Deputatlar İcraedici Şuranın tədbirində

Asiya Parlament Assambleyasında (APA) qurumun İcraedici Şurasının iclasında iştirak etmək üçün Milli Məclisin nümayəndə heyəti noyabrın 26-dan Türkiyə Respublikasının Antalya şəhərinə səfərdədir.
 İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, deputatlar Əminə Ağazadə, Vüqar Bayramov, Tural Gəncəliyev tədbirdə çıxış ediblər.
İclas öncəsi bir sıra görüşlər keçirlib, müzakirə ediləcək məsələlər haqqında fikir mübadiləsi aparılıb.

İclasda 20 dövlətin parlament nümayəndə heyəti təmsil olunub. Tədbirdə Azərbaycan APA-nın 2024-2025-ci illər üzrə sədri seçilib.