Komitə iclası keçirilib

Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

 

XALQ.AZ xəbər verir ki, iclasın gündəliyinə beş məsələ daxil edilib.

İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev də iştirak edib.

 

1.     “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi  (üçüncü oxunuş).

 

2.    “İşsizlikdən sığorta fondunun  2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

 

3.    “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

 

4.    “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

 

5.    “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi  (üçüncü oxunuş).