Deputatlar səfər edəcək

Milli Məclisin deputatları Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün yanvarın 7-də ölkənin paytaxtı Nur-Sultan şəhərinə səfər edəcəklər.

XALQ.AZ xəbər verir ki, deputat Arzu Nağıyev Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının və İcraiyyə Komitəsinin, millət vəkili Naqif Həmzəyev isə TÜRKPA-nın xətti ilə seçkiləri izləyəcəklər.
Yanvarın 10-da keçiriləcək seçkilər zamanı deputatlarımız bir sıra məntəqələrdə olacaq, orada yaradılmış şəraitlə yaxından maraqlanacaq, prosesin gedişini, seçicilərin fəallığını müşahidə edəcəklər.
Səfər yanvarın 15-də başa çatacaq.