Daha bir vəzifəli şəxs koronavirusdan vəfat etdi

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib. 


XALQ.AZ-ın məlumatına görə, Tərtər Rayon Mərkəzi Xəstəxanasının direktoru Yaşayar Hüseynov bir müddət əvvəl koronavirusa yoluxub. 
Aparılan müalicələrə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb və o, bu gün COVID-19-dan vəfat edib. 
Xatırladaq ki, Y.Hüseynov 10 ilə yaxındır ki, Tərtər Rayon Mərkəzi Xəstəxanasına rəhbərlik edib.