Deputat şəhid ailələrini və qaziləri ziyarət etdi

Milli Məclisin deputatı Vüqar İskəndərov Şəkidə Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib.

XALQ.AZ xəbər verir ki, millət vəkili şəhidlərin yaxınları və valideynləri ilə həmsöhbət olub. Onlara bir daha vətən üçün canından keçən belə övladlar böyütdükləri üçün təşəkkür edib. Daha sonra bir neçə qazi və şəhid ailəsinə baş çəkən millət vəkili yaralılarımıza can saglığı arzulayib, onlara şəfa, şəhidlərimizə isə Allahdan rəhmət diləyib. Görüşlərdə vurğulanıb ki, istər şəhid ailələri, istərsə də qazilər heç vaxt diqqətdən kənarda qalmayacaq və onlar üçün hər cür şərait yaradılacaq.

Milli Məclisin deputatı Vüqar İskəndərov Şəkidə Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib.

Newspress.az xəbər verir ki, millət vəkili şəhidlərin yaxınları və valideynləri ilə həmsöhbət olub. Onlara bir daha vətən üçün canından keçən belə övladlar böyütdükləri üçün təşəkkür edib. Daha sonra bir neçə qazi və şəhid ailəsinə baş çəkən millət vəkili yaralılarımıza can saglığı arzulayib, onlara şəfa, şəhidlərimizə isə Allahdan rəhmət diləyib. Görüşlərdə vurğulanıb ki, istər şəhid ailələri, istərsə də qazilər heç vaxt diqqətdən kənarda qalmayacaq və onlar üçün hər cür şərait yaradılacaq.

XALQ.AZ