Vətəndaş Tarif Şurasının qərarından məmnun deyil

Deputat Bəhruz Məhərrəmov feysbuk səhifəsində vətəndaşın Tarif Şurasının qərarından məmnun olmadığını qeyd edib:

“Dövlət müharibənin vətəndaşın güzəranına mənfi təsirinə imkan verməsə də, pandemiya artıq 10 aydır ki, vətəndaşın dolanışığını xeyli çətinləşdirib: “Lakin Prezident İlham Əliyevin iqtisadiyyatı yox insan amilini seçməsi, ciddi sosial paketlər reallaşdırması vətəndaşda böyük ümid yaradıb, vətəndaşın dövlətinə inamını daha da dərinləşdirib, insanlar pandemiyanın yaratdığı çətinliklərə səbrlə dözür. Bu müstəsna etimad mühiti və fonunda qəflətən benzin və dizelin bahalaşması, SOCAR-ın qiymət artımı hesabına əldə edəcəyi 5-10 milyonluq əlavə gəlir əsas məqsədi insan amili olan dövlətimiz üçün vətəndaş məmnunluğunu və etimadını əvəzləyə bilərmi? Əsla! Mən o qənaətdə deyiləm ki, artıma görə vətəndaş dövlətdən radikal formada narazı qalacaq, yaxud, etimad qırılacaq, qətiyyən yox, amma etiraf edək ki, vətəndaş Tarif Şurasının qərarından məmnun da deyil.