Deputatlar şəhidlərin məzarını ziyarət edib – FOTO

Bu gün Milli Məclisin deputatları – vitse-spiker Fəzail İbrahimli, Məşhur Məmmədov, Elnur Allahverdiyev, Rüfət Quliyev, Vüqar İsgəndərov, Soltan Məmmədov və Razi Nurullayev şəhid general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin İkinci Fəxri xiyabanda məzarlarını ziyarət ediblər.

Bu barədə XALQ.AZ-a Milli Məclisdən məlumat verib.

XALQ.AZ