DeputatlarımızTürkiyədə görüşlər keçirdi-Fotolar

Türkiyə Respublikasında səfərdə olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti AK Parti İzmir təşkilatının qərargahını ziyarət edib.
AK Parti İzmir təşkilatının sədri Bilal Sayqılı ilə keçirilən görüşdə Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən danışılıb.
Görüşdən sonra mətbuat konfransı olub. Mətbuat konfransında Milli Məclisin deputatları Hikmət Babaoğlu, Fatma Yıldırım, Mahir Abbaszadə, Sahib Alıyev və Elman Nəsirov çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.
Sonda xatirə şəkli çəkdirilib.
***
Türkiyə Respublikasında səfərdə olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti İzmirdə Heydər Əliyev Parkını ziyarət edib, ulu öndər Heydər Əliyevin büstü önünə çiçək dəstəsi qoyub, əziz xatirəsini böyük ehtiramla yad edib.
***
Türkiyə Respublikasında səfərdə olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti İzmir şəhərində Türkiyə Cümhuriyyətinin 100-cü və Azərbaycan Xalq Cümhuriyyətinin 105-ci ildönümü münasibətilə keçirilmiş “Bir millət, iki dövlət” adlı tədbirdə iştirak edib. Tədbirdə Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxış edib, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən və bu əlaqələrin dünyada nümunə olmasından danışıb.
Sonra konsert proqramı olub.
***
Türkiyə Respublikasında səfərdə olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti AK Parti Antalya vilayət təşkilatının qərargahını ziyarət edib.
AK Parti Antalya vilayət təşkilatının sədri Ali Çətin və Antalya AK Parti Millət vəkili Av. İbrahim Ethem Taş ilə keçirilən görüşdə Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən danışılıb.
Görüşdən sonra media nümayəndələri üçün mətbuat konfransı keçirilib. Mətbuat konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Milli Məclisin deputatları Ramil Həsən, Aydın Mirzazadə, Rəşad Mahmudov, Sevil Mikayılova və AK Parti Antalya vilayət təşkilatının sədri Ali Çətin və Antalya AK Parti Millət vəkili Av. İbrahim Ethem Taş çıxış edərək iki ölkə arasında münasibətlərin tarixin ən yüksək zirvəsində olduğunu və bu əlaqələrin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində daha da inkişaf edəcəyinə əminliyini ifadə ediblər.
Sonda xatirə şəkli çəkdirilib.
****
Türkiyədə səfərdə olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyini ziyarət ediblər.
Görüşdə Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Azər İsmayıl, AK Parti millət vəkili Kemal Çelik, YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev və Milli Məclisin deputatları Ramil Həsən, Aydın Mirzazadə, Rəşad Mahmudov, Sevil Mikayılova çıxış edərək bu dərnəyin Azərbaycanın milli adət-ənənələrinin yaşadılması, gələcək nəsillərə ötürülməsi, xalqımızın Ümumilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” konsepsiyası əsasında iki qardaş xalq arasında mövcud yüksək əlaqələrə töhfə verdiyini vurğulayıblar.
Görüşdə Azərbaycan və Türkiyə arasında qardaşlıq əlaqələrinin bundan sonra daha da dərinləşməsi və inkişaf etdirilməsi istiqamətində səylərin artırılacağı ifadə edilib.
***
Türkiyə Respublikasında səfərdə olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Həzrəti Əbu Talıb Məscidində Qars və İğdırdan olan sakinlərlə görüş keçirib.
Görüşdə Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Milli Məclisin deputatları Elşad Mirbəşiroğlu, Vüqar İskəndərov, Ceyhun Məmmədov, Arzu Nağıyev, AK Parti Başakşehir rayon təşkilatının sədri Sebahatdin Kayas, İstanbul 3-cü bölgə millət vəkili Şamil Ayrım, Milliyyətçi Hərəkat Partiyasının millətvəkili namizədi Gökhan Türkeş Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini söyləyiblər. Bu qarşılıqlı əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminliklərini ifadə ediblər.
Sonda xatirə şəkili çəkdirilib.
****
Türkiyə Respublikasında səfərdə olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti “Halkalı Zeynebiye Kulliyesi”ndə Qars və İğdırdan olan sakinlərlə görüş keçirib.
*****
Türkiyədə səfərdə olan Yeni Azərbaycan Partiyası nümayəndə heyətinin iştirakı ilə Antalyada fəaliyyət göstərən Azərbaycan Xalqlar dostluğu diaspor təşkilatının toplantısı keçirilib.
Görüşdə YAP nümayəndə heyətinin üzvləri ilə yanaşı, 5 ildir fəaliyyət göstərən dərnəyin türkiyəli üzvləri də iştirak ediblər.
Tədbir hər iki dövlətin himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbiri açıq elan edən təşkilatın sədri Lalə Həsənova iştirakçılara dərnəyin fəaliyyət istiqamətləri barədə məlumat verib.
Sonra diaspor təşkilatının nəzdində fəaliyyət göstərən “Vətən” milli rəqs qrupu çıxış edib. Daha sonra təşkilatın fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olunub.
YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev və Milli Məclisin deputatları Ramil Həsən, Aydın Mirzazadə, Rəşad Mahmudov, Sevil Mikayılova Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq bağlarından söz açaraq bu qardaşlığın, birliyin əbədi və sarsılmaz olduğunu birdaha xatırladıblar.
Bununla da Yeni Azərbaycan Partiyası nümayəndə heyətinin Antalyaya səfəri başa çatıb.