Deputatlarımız AŞPA-da erməni yalanlarını ifşa etdilər

AŞPA-nın Yaz Sessiyası işini bitirdi.

Bunu Milli Məclisin deputatı Nigar Arpadarai bildirib .

Millət vəkili qeyd edib ki, sessiya maraqlı və bəzən gərgin müzakirələrlə dolu idi.

Bu sessiya üçün qarşımıza qoyduğumuz məqsədə çata bildik, Azərbaycanı maraqlandıran məsələləri – qaçqın və məcburi köçkünlərin evlərinə qayıtması ilə bağlı çətinliklər, minalanmış ərazilərin xəritələrinin təqdim olunmaması, dağıdılmış şəhər/kəndlər, dağıdılmış mədəni abidələr və s. kimi məsələlərə diqqət yönəldə bildik.

Komitə iclaslarında iştirak etdik, əlaqələr qurduq. Ermənistan tərəfi ‘hərbi əsirlər’ mövzusunu gündəmə gətirməyə çalışdı və bu mövzuda debatın olmasına baxmayaraq, debatın nəticəsində heç bir sənəd qəbul olunmadı.

Qeyd edək ki, AŞPA-nın Yaz Sessiyası  Sevinc Fətəliyeva, Rafael Hüseynov, Nigar Arpadarai, Kamal Cəfərov və Erkin Qədirli iştirak edib.