Fəzail İbrahimli:”Ölkəmizdə dini tolerantlıq mühiti daha da yaxşılaşacaq”

“Dini sahədə normativ hüquqi aktların zəruriliyi “Dini etiqad azadlığı haqqlnda” qanuna dəyişikliyi labüd edib. Bu qanun 90-cı illərdə qəbul edilib”.

XALQ.AZ-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında vitse-spiker Fəzail İbrahimli deyib.

O bildirib ki, bu sahədə dövlətin, aidiyyəti qurumların hüquq və vəzifələri dəqiq şəkildə müəyyənləşəcək: “Əsrlər boyu Azərbaycanda dini tolerantlıq mühiti mövcud olub. Bu qanunla bu mühit daha da yaxşılaşacaq. Azərbaycanda elə insan var ki, dini dəyərlərimizin qorunmasının əleyhinə çıxsın? Bu qanunda kifayət qədər dəyişikliklər var. Biz bu məsələni iki komitədə müzakirə etmişik. Ciddi və ətraflı müzakirə təşkil edilib. Dini qurumların da nümayəndələri bu müzakirədə iştirak ediblər. Dini Qurumlarla iş üzrə Dövlət komitəsinin və Qafqaz Müsəlmanları idarəsinin nümayəndələri bu gün də iclasda iştirak edir”.

Qeyd edək ki, qanuna dəyişiklik müzakirərdən sonra birinci oxunuşda qəbul edilib.