Deputatların yeni intizam qaydaları hazırlanır

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində deputatların yeni intizam qaydaları ilə bağlı layihə hazırlanır. 

XALQ.AZ xəbər verir ki, bu barədə komitənin və İşçi Qrupun üzvü , deputat Erkin Qədirli məlumat verib. 

O bildirib ki, bu məsələ ilə bağlı öz təkliflərini hazırlayır: “Həmin qaydaların sərtləşdirilməsinin tərəfdarıyam. Buraya mövzudan qırağa çıxmaqdan tutmuş, deputatlığa uyğun olmayan işlərə görə intizam tədbirlərinin görülməsi aiddir”.