DİN xəbərdarlıq etdi

 

71

 

Daxili İşlər Nazirliyi (DİN) pirotexniki vasitələrin satışını həyata keçirənlərə xəbərdarlıq edib.

DİN-nin mətbuat xidməti rəhbərinin müavini Ehsan Zahidov bildirib ki, yeni il ərəfəsində ictimai yerlərdə yüksək səsyayıcı qabiliyyətə malik olan oyuncaqlardan istifadə olunur və bu da insanlarda haqlı narazılıq yaradır.

O vurğulayıb ki, bu maddənin ölkəmizdə satışı və alışı ilə bağlı insanlar arsında müxtəlif vasitələrlə maarifləndirmə tədbirləri görülüb. Amma təəssüflər olsun ki, yeni il ərəfəsində qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilən, tez alışan maddələr və pirotexniki məmulatların satışına hələ də rast gəlmək olur. Bəziləri bu pirotexniki vasitələrin satışının qadağa olunduğunu bilsə də, bunun satşını həyata keçirir. Bunun üçün yaxın günlərdə müvafiq qurumlarla birgə reydlərə start veriləcək və pirotexniki vasitələrin satışı həyata keçirən insanlar ciddi cəzalandırılacaqlar.