Dinc sakinimiz öldürüldü

Silah

Ermənistan silahlı qüvvələri Tərtərin Çaylı kəndi ərazisində dinc sakinimizi güllələyib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, həlak olan Tərtər şəhəri, İlham Allahverdiyev küçəsi ev 5-də yaşamış 40 yaşlı Mübariz Əliyevdir.

Dünən evdən balıq tutmaq ücün çıxan Tərtər sakinini ermənilər snayperlə vurub. Onun həlak olması barədə xəbəri ailə üzvləri bu gün eşidib. Mübariz Əliyevin cəsədi təmas xəttinə yaxın ərazidə qaldığından ermənilər onu götürməyə imkan vermir.

Bu gün polislər cəsədi götürməyə cəhd etsə də ermənilər tərəfindən atəşə tutulub.

Qeyd edək ki, Mübariz Əliyev 2 azyaşlı (4 və 5 yaşlı) uşaq atası olub.