Dindarlar üçün kurs açıldı

Din

Bu gün Qafqaz Müsəlmaları İdarəsində (QMİ) din xadimlərinin təkmilləşdirmə kursunun açılış mərasimi keçirilir.

XALQ.AZ-ın məlumatına görə, din xadimlərinin təkmilləşdirmə kursları
QMİ-inin təşkilatçılığı ilə həyata keçiriləcək.

Açılış mərasimində Şeyxülislam Allahaşükür Paşazədə, Dövlət Müşaviri Kamal Abdulla və digər din xadimləri iştirak ediblər.

Təkmilləşdirilməsi Kurslarının mütəmadi olaraq təşkil ediləcəyi bildirilir. Kursların təşkili üçün lazım olan bütün maddi xərcləri QMİ öz üzərinə götürüb. Təkmilləşsdirlmə kurslarının keçirilmə səbəbi din xadimlərinin bilik səviyyəsinin artırılması olduğu bildirlir. Kursların sonunda din xadimlərinə sertifikatlar veriləcək. Hər kurs 1 ay müddətində davam edəcək. Kursalarda Bakı İslam Universitetinin müəllim heyəti də mühazirələr keçəcək.