Dollar bahalaşmağa başlayır

44

 

FED-in bazarlara buraxdığı pulun 10 milyard dollar azaldılması martdan etibarən neftin qiymətini 26 dollar endirəcək

ABŞ Mərkəzi Bankı olan Fed təhvil alma proqramını 10 milyard dollar azaltmaqla bağlı qərar verib. Xalq.az  xəbər verir ki, Fed aylıq 85 milyard dollar təhvil alımı tətbiq edirdi. Və bu rəqəmi 10 milyard azaltmaqla, həmin məbləği aylıq 75 milyard dollara endirib.

Bu prosesin ardından dünya birjalarında bir anlıq çalxalanmalar baş verib. Xüsusən də dollarla bağlı narahatlıqlar ən yüksək həddə çatıb. Lakin qısa müddətdən sonra bu əndişə aradan qalxıb. Analitiklərin qənaətinə görə, yeni ildən etibarən dolların digər valyutalara nisbətdə məzənnəsi bir qədər yüksələcək. Amma bu artım elə də yüksək olmayacaq.

Lakin analitiklərin qənaəti budur ki, ən geci mart ayına qədən neftin qymətlərində enmələr olacaq. Bəzi proqnozlara görə, hazırda dünya birjalarında bir barreli 106 dollara olan «qara qızıl»ın qiyməti martdan etibarən 80 dollara qədər düşə bilər.