“Don Korleone” ləqəbli azərbaycanlı oğru tutuldu

Don

Rusiyada daha bir azərbaycanlı saxlanılıb. Zalq.az-ın məlumatına görə, “Don Korleone” ləqəbi ilə tanınan 78 yaşlı şəxs böyük miqdarda oğurluqlar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılıb.

Azərbaycan sakini Moskvada yaşayan sahibkarlardan paytaxt mərkəzində yerləşən iki mənzilə aid mülkiyyət hüquqlarının ona verilməsini tələb edib. Əks halda isə evin sahibi bizneslə məşqul olan və mehmanxana kompleksi tikdirən şəxsin ərazisində ciddi problemlər yaradacağı ilə hədələyib.

Artıq bir çox şəxslərə maneə törədən mafioz tələb etdiyi evlərin alqı-satışının sazişinin rəsmiləşdirmə məqamında polis əməkdaşları tərəfindən saxlanılıb. Cinayətkar polislərə cavab olaraq bildirib ki, onu azad buraxmaları üçün ən yüksək dövlət hakimiyyəti orqanlarında əlaqələrindən istifadə edəcək, buna baxmayaraq nəticədə isə məmurlarla əlaqə saxlanılıb və onların tanış olduqları təsdiqlənməyib. Bu barədə Rusiya federasiyası Daxili İşlər Nazirliyi mətbuat xidməti xəbər verib.

Sonda isə təyin edilib ki, quldur təşkil edilmiş cinayətkar qruplaşmanın tərkibində fəaliyyət göstərir.