Donuzların insanlara hücumu – Yaralılar var

Honq Konqda son zamanlarda çöl donuzlarının hücumları qeydə alınır.
XALQ.AZ xəbər verir ki, ötən gün çöl donuzu metro stansiyasına daxil olub və orada bir qadını yaralayıb.
Polis və metro əməkdaşları qabanı əhatəyə aldıqdan sonra onu zərərsizşləşdirmək mümkün olub.
Qeyd olunur ki, qabanlar qida axtarışında şəhər zibilliklərinə, piknik zonalarına, həyətyanı sahələrə daxil olur.
Şəhər rəhbərliyi qabanlarla mübarizə üçün onların öldürülməsini, axtalanmasını və ya kimsəsiz adalara köçürülməsini təklif edir.

Yeganə