Dostluq münasibətlərinin möhkəmlənməsi Cənubi Qafqaz üçün çox vacib şərtdir.

Azərbaycan -Gürcüstan dostluq münasibətlərinin möhkəmlənməsi Cənubi Qafqaz üçün çox vacib şərtdir.

Azərbaycan Respublikasınin Prezidenti Cənab İlham Əliyev Gürcüstanın Baş naziri Irakli Qaribaşvilinin dəvəti ilə oktyabrın 8-de Gürcüstana işgüzar səfərə gedib.

Hörmətli Prezident Gürcüstanin rəsmisi ilə təkbətək görüş keçirib.Daha sonra Tbilisidə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş fotosərgi ilə tanış olublar.Her iki rəhbər Azərbaycan -Gurcustan dostluğunun tarixindən və gələcəyindən və daimi olacağından bəhs ediblər.Cenab Prezident İlham Əliyev bildirib ki, xalqlarımız arasındakı dostluq qardaşlıq ənənələrinin möhkəmləndirmək üçün öz səylərimizi esirgemirik . Əsirlerboyu bizim xalqımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır bu bu gün də belədir.Bu ,həm ölkəmiz üçün vacibdir,eyni zamanda bölgə üçün,o cümlədən ilk növbədə Cənubi Qafqaz üçün çox vacib olan bir şərtdir.Ulu Öndər Heydər Əliyevin xatirəsinə hörmətle yanaşdığını görə gürcü xalqına öz minnətdarlığını bildirən cənab Prezident qeyd edərək demişdir ki, sərgidə nümayiş etdirilən Heydər Əliyev və Eduard Sevarnadzenin şəkilleri diqqətimi çəkdi.Onlarin dostluğunun çox böyük tarixçəsi var.Bu iki parlaq şəxsiyyət sovet dövründə də öz istedadı,öz cəsarəti və xalqlarına olan bağlılığı ilə fərqlənirdi.Biz onların davamçıları,bu gün onların yolu ilə gedirik.Tebiki bu gün Gürcüstan və Azərbaycan qat-qat daha inkişaf etmiş ölkələrdir.

Hörmətli Prezident eyni zamanda Ermənistan

-Azerbaycan normalasma prosesinə də toxunduq.

O ki qaldı bizim digər sahədəki əməkdaşlığa, həm enerji,həm də nəqliyyat sahəsində çox böyük planlarımiz . Ümumiyyətlə bütün səylərimiz Cənubi Qafqaz üçün çox vacibdir.

Sonda hörmətli Prezident İlham Əliyev qonaqpərvərliyə görə Baş Nazirə və gürcü xalqına öz təşəkkürünü bildirmişdir.

Fərzəliyeva Rəsmiyyə

Nəsimi rayonu 266 saylı tam orta məktəb.