Azərbaycanın 2014-cü il üçün dövlət büdcəsinə dair sənədlər Milli Məclisinin müzakirəsinə təqdim edilib. Xalq.az xəbər verir ki məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin saytında yer alan məlumatda deyilir.
Gələn il üçün dövlət büdcəsinin gəlirləri 18,384 mlrd. manat, xərcləri isə 20,063 mlrd. manat həcmində proqnozlaşdırılır. Büdcə kəsiri isə 1,679 mlrd olacaq. Proqnoz göstəricilərinə nisbətən büdcə gəlirləri 4,0% az, xərcləri 1,1%, kəsir isə 2,4 dəfə çoxdur.