Dövlət çevrilişinə cəhdin qarşısı alındı

Qırğızıstanda dövlət çevrilişinə cəhdin qarşısı alınıb. Bu barədə məlumatı “Tengrinews.kz” portalı yayıb.

Məlumata görə, ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi zorakılıq yolu ilə hakimiyyəti ələ keçirməyə cəhd edən bir qrup şəxsi saxlayıb.

Saxlanılanların şəxsiyyətləri hələ ki açıqlanmayıb.