“Kitab Festivalı kimi tədbirlərin keçirilməsinin Türk dövlətlərinin birliyininin tərəqqisində xüsusi rolu var” – Deputat

Bunu II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılış mərasimində Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Deputat bütün tədbir iştirakçılarını salamlayaraq, Festivalın əhəmiyyətindən söz açıb.

“Ədəbiyyat və Kitab Festavalının ölkəmizdə ənənə alması zərurət halı alıb. Kitab Festivalı kimi tədbirlərin keçirilməsinin Türk dövlətlərinin birliyininin tərəqqi etməsində xüsusi rolu var. Türk dünyasının bu günü, keçmişi və gələcəyi haqqında bilmək, müzakirə aparmaq üçün önəmli bir tədbirdir. Hazırda Türk dünyasının yazarları birlik üçün təbliğat aparır. Bu baxımdan təşkil olunan festival xüsusi rol oynayır. Türk dünyasının zümrələri bu tədbiri özü üçün bayram hesab edir. Mən inaniram ki, belə tədbirlərin sayı çoxalacaq və minlərlə insan iştirak edəcək. Gələcəkdə bu tədbirlərin genişləndirilməsi və fərqli ölkələrdə keçirilməsi məqsədə doğru atılan addımı göstərəcək. Bütün müəlliflərə uğurlar arzulayıram”, – deyə parlamentari bildirib.

Qeyd edək ki, bu gün Bakıda II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başlayıb. Festival Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Yunus Əmrə İnstitutu, İLESAM və digər qurumların dəstəyi ilə keçirilir.