Dövlət məmuru 8 milyon dollara qızıl avtomobil alır?

12

Təmiz qızıldan, ibarət dünyanın ən bahalı maşını – Ford bu  günlərdə ABŞ-da satışa çıxarılacaq. Bu dəbdəbəli avtomobilin yaradıcıları onu auksionda 8 milyon dollara satmaq niyyətindədirlər. Bu avtomobil dünyanın ən bahalı avtomobili olmaqla yanaşı Ginnesin rekordlar kitabında 5 nominasiya üzrə namizədliyi irəli sürüb.Hazırda avtomobil üçün keçiriləcək auksiona qeydiyyat davam edir.Ford qızıl modeli ABŞ-da xüsusi nəzarət altında hazırlanıb. Bu avtomobil son 4 ildir ki, hazırlanır.
Dünyanın ən bahalı bu avtomobili ABŞ-da auksionda satışı təşkil olunacaq. Hazırda avtomobil üçün keçiriləcək auksiona qeydiyyat davam edir. XALQ.AZ-ın əldə etdiyi məlumata görə, bu auksionda iştirak etmək üçün Azərbaycandan yüksək çinli dövlət məmurunun qohumu qeydiyyata salmaq üçün sənədlərini göndərib. Məmurun  adamının adı məlum olsa da o bunu təkidlə inkar edərək, heç bir açıqlama bildirmədi. Lakin araşdırmalarımız zamanı məlum olmuşdur ki, məmur  adının gizli saxlanması üçün ciddi tapşırıq verib.

 

Araşdırmalarımız davam edir.