DTX İmişli İcra Hakimiyyətində əməliyyata başlayıb

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İmişli Rayon İcra Hakimiyyətində (RİH) əməliyyat keçirir.

XALQ.AZ məlumat verir ki, İmişli RİH başçısı Vilyam Hacıyevin otağında axtarış aparılır.

Əməliyyat barədə hələlik rəsmi məlumat açıqlanmayıb. 

Qeyd edək ki, Vilyam Hacıyev 4 aprel 2012-ci il tarixindən İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyir.