Nəsimi rayonunda yaşıllıq ərazini kim zəbt edib-İcra başçısının xəbərdardır?

Bakı şəhəri Nəsimi rayonu Hüseynbala Əliyev 5 ünvanında yerləşən səki və kiçik yaşıllıq ərazi qanunsuz olaraq zəbt edilib.

XALQ.AZ xəbər verir ki, ərazidə yaşayan sakinlər iddia edirlər ki, yol kəsişməsində yerləşən yaşıllıq ərazi zəbt edilib və yerində obyekt tikmək istəyirlər.

Hasarlanan ərazi ilə bağlı sakinlər bir neçə aidiyyatı quruma şikayət etsələrdə məsələyə göz yumulub.

Zəbt edilən ərazinin kim tərəfindən hasarlanması müəammalı olaraq qalır.İcra Hakimiyyəti ilə əlaqə saxlanılsada heç bir cavab verilmədi.

Azfakt.az