`MediClub` pasiyentləri necə aldadır?

“Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət edirəm. Nəzərinizə çatdırmaq istəyirəm ki, 14 yaşlı uşaq futbol oynayarkən yıxılmış və biləkdən qolu sınmışdı…” XALQ.AZ xəbər verir ki,  bunu Səda adlı istifadəçi “Müştəriyəm Şikayətim Var” sosial qrupundakı paylaşımında ifadə edib.

Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: “Tibbi dəstək üçün Üzeyir Hacıbəyov küçəsində yerləşən “MediClub” tibb mərkəzinə müraciət etdik. Atasının sığortası olduğuna görə…

Uşağın biləyini rentgen (90 manat) edib, gips qoydular. Və buna görə bizdən 900 manat istədilər. Əlbəttə hay-küydən sonra, sığortaya görə 400 manat ödədik.

Ertəsi gün uşağın əli şişdi və başqa xəstəxanada rentgen müayinəsində məlum oldu ki, 400 manat alanlar heç düzgün gips qoymamışlar.

Pulumuzu necə geri ala bilərik?!”