Dünyanı dəyişən qətldən 100 il ötür

100

İyunun 28-i Avstriya-Macarıstan İmperiyasının vəliəhdi şahzadə Frans Ferdinandın və onun xanımı Sofiya Hohenberqin qətlə yetirilməsinin 100-cü ildönümüdür.

XALQ.AZ-ın məlumatına görə, bu hadisə Birinci dünya müharibəsinin başlanması üçün bəhanə olmuşdu.

Frans Ferdinand 1914-cü il iyunun 28-də Sarayevoya səfər edərkən serb milliyyətçisi Qavrilo Prinsip tərəfindən öldürülüb.

Bundan sonra Avstriya-Macarıstan Serbiyaya müharibə elan etdi, Belqradı bombaladı.

Avqustun ilk həftəsində münaqişəyə Almaniya, Rusiya, Böyük Britaniya və Fransanın da qoşulması ilə bu müharibə Birinci Dünya müharibəsinə çevrildi.