Dünyanın ən bahalı boşanması

3

Sərvəti “Forbes” tərəfindən 8,8 milyard dollar qiymətləndirilən rusiyalı milyarder Dmitri Rıbolovlev keçmiş arvadına 3,3 mlrd avro (4,5 mlrd dollar) ödəməli olacaq.

XALQ.AZ-ın məlumatına görə, bu qərarı Cenevrə məhkəməsi verib. Ərlə arvad evlənəndə nikah müqaviləsi bağlamayıblar. Buna görə də, İsveçrə qanunvericiliyinə görə, onların bütün əmlakı evlilik dövründə birgə yığılmış sərvət sayılır, uyğun olaraq boşanma zamanı yarı bölünür. Amma vəkil bildirir ki, Cenevrə məhkəməsinin qərarından şikayət etmək mümkündür.

Ərlə-arvad birlikdə 24 il yaşayıblar, altı ildir ki, əmlakı bölməklə məşğuldurlar. Rıbolovleva 2008-ci ildə boşanma ərizəsi verib və buna səbəb ərinin ona xəyanət etməsi olub.

Rıbolovlev hazırda Monakoda yaşayır. Onun İsveçrədə, Havay adalarında, Floridada Nyu-Yorkda əmlakı var və iki yunan adası ona məxsusdur. Milyarder həm də Pikasso, Van Qoq, Qoqen və Mone kimi rəssamların əsərlərindən ibarət başqa bir sərvətə də malikdir. Onların boşanması çağdaş tarixin ən bahalı boşanması sayılır.