Hovuzda çimən qadını maşın vurdu (FOTO)

H-1

Rusiyada avtomobil evin hovuzunda çimən qadını vurub.

XALQ.AZ-ın məlumatına görə, minik avtomobili kottecin kərpic hasarını yararaq həyətdəki hovuza duşub. Bu zaman evin sahibəsi hovuzda dincəlirmiş.

Krasnoslobodskaya şəhər sakini xoşbəxtlik nəticəsində qəzadan salamat çıxa bilib.

“Ötən günü axşam “VAZ-2115″ markalı avtomobilin sürücüsü Sverdlov küçəsində idarəetməni itirərək şəxsi evin kərpic hasarına girib. Avtomobil evin ərazisində yerləşən hovuza düşüb. Bu zaman hovuzda olan ev sahibəsi yüngül xəsarətlər alıb”, – deyə Volqoqrad sahəsi üzrə dövlət yol hərəkəti müfəttişliyinin nümayəndəsi bildirib.

Sudan çıxarılan qadına ilkin tibbi yardım göstərilib.

Əlavə edək ki, bu küçənin sakinlərinə yol-nəqliyyat hadisəsindən xilas olmağa, nə daş divar, nə də hasar kömək edir.

Təxminən iki həftə əvvəl həmin döngədə belə bir hadisə baş vermişdi. Onda sərnişin və avtomobilin sürücüsü zərər çəkmişdi.

h-2

h-3

H-1