33 uşağın ölümü 3 günlük matəmə səbəb oldu

usaq

Kolumbiya hakimiyyəti avtobusda yanğın üzündən həlak olmuş 33 uşağın ölümü ilə bağlı bu gün ölkədə 3 günlük matəm elan edib.

XALQ.AZ-ın məlumatına görə, faciə keçən bazar baş verib və uşaqları aparan avtobusda yanğın olub.

Kolumbiya daxili işlər nazirliyi faciə ilə bağlı başsağlığı bəyanatı yayıb.

Kolumbiya prezidenti Xuan Manuel Santos həlak olan uşaqların ailələrinə baş çəkib.