Baş prokurordan yeni təyinat

Zakir

Azərbaycan Baş Prokurorluqda yeni kadr islahatları həyata keçirilib. Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlamasında Baş prokuror Zakir Qaralovun əmrləri ilə Baş Prokurorluğun Ədliyyə və Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, üçüncü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov tutduğu vəzifədən azad olunduğunu bildirib.

Digər bir əmrlə Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi, Baş Prokurorluğun Ədliyyə və Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, baş ədliyyə müşaviri Ramil Məcidov isə həmin idarənin rəisi vəzifəsinə gətirilib.