Dünyanın ən nüfuzlu 100 adamı – Foto

q-1

Siyahıda şou-biznes, siyasət, elm adamları, eləcə də ictimai xadimlər var
ABŞ-da nəşr olunan “Time” jurnalı dünyanın ən nüfuzlu 100 adamının adını açıqlayıb.

Jurnalın oxucularının müəyyənləşdirdiyi reytinq cədvəli hər kateqoriyada 25 nəfər olmaqla müəyyən olunub. Siyahıda şou-biznes, siyasət, elm adamları, eləcə də ictimai xadimlər var.

Dərginin xüsusi sayının üz qabığında müğənni Beyons, aktyor Robert Redford, basketbolçu Ceyson Kollinz və General Motors şirkətinin rəhbəri Meri Barra görünüb. Beyonsdan başqa, siyahıda Mettyu MakKonahi, Benedikt Kamberbetç, Kerri Vaşinqton, Robin Rayt, Farrell Uilyams, Mayli Sayrus kimi məşhurların da adı var.

Moda dünyasında fərqlənənlər top-model Kristi Terlinqton, dizayner Fibi Filo, idmançılardan isə Kriştiano Ronaldo və Serena Uilyamsdır. Dünyanın ən nüfuzlu siyasətçiləri Barak Obama, Vladimir Putin, Abdulla Gül, Kim Çen In, Hillari Klinton, Angela Merkel, Con Kerri və digər məşhur siyasətçilər var.

q-2

q-3

q-4

q-5

q-6

q-7

q-8