Məşhur müğənni Putini gey adlandırdı (FOTO)

Putin-2

Ötən gün pop musiqinin kraliçası Madonna “Buzzfeed” internet saytının keçirdiyi onlayn söz oyununda homoseksualları qıcıqlandırıb.

Xalq.az-ın xəbərinə görə, oyunun qaydalarına əsasən, müğənni ona deyilən söz barədə ağlına gələn nədirsə önündəki kağıza yazmalı idi. Məşhur müğənni ona deyilən “kələm” sözünə qarşılıq olaraq “gey” sözünü işlədib. Onun bu hərəkəti homoseksualların hüquqlarının pozulmasının bir nümunəsi kimi göstərilib.

Daha sonra ona “Putin” deyildikdə, müğənni yenə “gey” ifadəsini qeyd edib. Pop kraliçasının “gey” sözünü yenidən və təhqir kimi işlətməsi pərəstişkarları tərəfindən də etirazla qarşılanıb və sosial şəbəkədə qınaq obyektinə çevrilib.

Bir çox gey pərəstişkarı olan dünya şöhrətli müğənninin etdiyi hərəkətə görə üzr istəyib-istəməyəcəyi məlum deyil.

putin