Türkiyədə azərbaycanlı qadınlar fahişəliyə məcbur edildi

fafise-1

Türkiyənin Aydın şəhərində əxlaqsızlığa qarşı əməliyyat həyata keçirilib.

Xalq.az-ın xəbərinə görə, Türkiyədə Aydın şəhəri polisinin keçirdiyi əməliyyat nəticəsində əxlaqsızlıq əməllərinə vasitəçilik edən 6 nəfər və yeddisi xarici ölkənin vətəndaşı olan 10 qadın saxlanılıb.

Onlardan biri Gürcüstan vətəndaşı olan L.C. QİÇS xəstəsi olduğu üçün əvvəllər Türkiyəyə girməsi ömürlük qadağan edilsə də, saxta yollarla ölkəyə girib.

Polisin 3 aylıq izləməsindən sonra qruplaşmanın əməli ortaya çıxıb. Belə ki, polis kəşfiyyatı əxlaqsızlıq əməllərini həyata keçirənin başında 56 yaşlı R.Ş.-nin və 51 yaşlı həyat yoldaşı Z.Ş.-nin olduğunu müəyyən edib. Əməliyyat nəticəsində məlum olub ki, onlar xarici ölkədən gəlmiş qadınları bu işə zorla razı salırlar. Qruplaşmada fahişəliyə məcbur edilən Gürcüstan vətəndaşları L.M, T.M, T.C və L.C, Azərbaycan vətəndaşları A.Y və Q.D, Moldovya vətəndaşı N.D və bir neçə Türkiyə vətəndaşı olan qadın xilas edilib. Xarici ölkə vətəndaşları olan qadınların izahatları alındıqdan sonra deportasiya edilməklə, əcnəbilər şöbəsinə göndərilib.

Qeyd edək ki, fahişəliyə cəlbetmə əməlinə görə 2-si qadın olmaqla, 6 nəfərin işi məhkəməyə göndərilib.