Dünyaya qlobal çağırış.

Ölkə rəhbərimiz İlham Əliyev cənablarının 5 iyul tarixində “Qoşulmama Hərəkatı : meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlərlə görüşü çox əhatəli və vacib bir görüş oldu.
Hər birimizə məlumdur ki, bütün beynəlxalq ictimaiyyət Covid-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən səyləri birləşdirən Qoşulmama Hərəkatı oldu. 2020-ci ilin mayında Azərbaycanın təşəbbüsü ilə təşkil edilmiş Qoşulmama Hərəkatının ssamiti BMT Baş Assambleyasının xüsusi ssessiyasının keçirilməsi ilə nəticələndi. Bu demək olar ki, Azərbaycan beynəlxalq aləmdə ən gözəl nailiyyəti idi. Onu da qeyd etmək istəyirəm ki, Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə Azərbaycan dövləti tərəfindən həm ikitərəfli qaydada eləcədə Ümümdünya Səhiyyə Təşkilatı vasitəsilə bütün işlərlə bağlı maliyyə və humanitar dəstək göstərilib. Elə təkcə Azərbaycana Ü.S.T 10 milyon ABŞ dolları məbləğində könüllü dəstək veribdir. Bu da onu bildirir ki, yaradılmış bu təşkilat BMT-dən sonra ikinci böyük təsisat kimi formalaşıb və dünya nizamında öz yerini tapmışdır.
Hər birimizə eləcədə dünya ictimaiyyətinə məlumdur ki, BMT-də ciddi islahatlar aparılması labüddür, qaçılmazdır. Belə ki, BMT Təhlükəsizlik Şurası hazırki real vəziyyətləri özündə əks etdirmir. O da dünya ictimaiyyətini belə bir fikrə gətirir ki, BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına daima bir yer verilməlidir. Həmçinin İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr də burada Veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar. Çünki, hələ də bəzi ölkələr neokolonializmi hələ davam etdirir. Belə ölkələr sırasında birinci yerdə Fransa dövləti dayanır. Fransa hökuməti Qəmər adalarının Mayot adası üzərində süverenliyinə, Yeni Kaledoniya xalqının hüquqlarına hörmət etməlidir. Fransa dünya ictimaiyyətinin gözü qarşında Paris muzeyində 1,5 milyon əlcəzairli döyüşçülərin kəllə sümüklərini müharibə qəniməti kimi saxlayır və özünüdə yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verir amma Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır. Bütün dünya ictimaiyyətinə də bəllidir ki, Fransa dövləti separatizmini dəstəkləyir. Azərbaycanın Qarabağ bölgəsində ermənilərə ümid verir, müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda öz mənfur təcrübəsini tətbiq etməyə çalışdılar. Hələ onu da demirik ki, Fransa Korsina dilinə qadağa qoyur və etnik azlıqlar konsepsiyasını qəbul etmir. Eyni zamanda da Dağlıq Qarabağ məsələsində Azərbaycanın erməni milli azlığının müdafiəçilərindən biridir.
2020-ci ildə Azərbaycan Ermənistanı döyüş meydanında məğlub edərək 30 illik işğala son qoydu. Bu məğlubiyyətdən sonra Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bununlada Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamənin icrasını özü təmin etdi. Dövlətimizin bu Qələbəsi beynəlxalq ədalətin zəfəri oldu. Azərbaycan dövləti otuz il əvvəl Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə etnik təmizləmə işlərilə bağlı dəfələrlə məlumat, materiallarla çıxış etsələrdə, nəticəsiz qalırdı. 1992-ci ildə Xocalı şəhərində 613 nəfərin vəhşicəsinə qətlə yetirilməsinə bir çox dünya dövlətləri səssiz qaldılar. İşğal olunmuş ərazilərimizdə 67 məsciddən 65-i dağdılmışdır və bunu da dünya müsəlmanlarına qarşı bir təhqir kimi qiymətləndirirəm.
İndi hal-hazırda Azərbaycan dünyada minalarla çirkləndirilmiş 10 ölkədən biridir. Minaların qoyulması Ermənistan tərəfindən Azərbaycanın hüquqlarınınn pozulmasıdır. 2020-ci ildə imzalanmış aktdan sonrada Ermənistan dövləti öz çirkin niyyətindən əl çəkmədi. Laçında sərhəd-gömrük buraxılış məntəqəsi yaradılana qədər silah və minaları Qarabağ bölgəsinə daşıyırdı. Rəsmi İrəvan öz üzərinə düşən öhdəlikləri yerinə yerirmir. Bütün çətinliklərə baxmayraq Azərbaycan 10 min kilometrlik ərazidə yenidən qurma işlərinə başlamışdır. 3 il əvvəl imzalanmış kapitulyasiya aktında yer almış Zəngəzur dəhlizinin açılması üçün lazımı köməyi etməkdədir.
Hacıyeva Gülnarə Həsənqulu qızı.

Nasimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın katibi.