Düşmən təlimə başlayır

Telim

Ermənistanda Rusiya tankçıları erməni hərbi qulluqçularıyla birgə təlimlər keçirəcək.

XALQ.AZ-ın məlumatına görə, sentyabr ayında keçiriləsi nəzərdə tutulan təlimdə ruslar ermənilərə döyüşün yeni metodikasını öyrədəcək.

Ermənistan Müdafiə Nazirliyinin hərbi qulluqçularıyla birgə taktiki təlimlər “Alaqyaz” tədris təlim kompleksində keçiriləcək. Rusiya hərbi bazasının Cənub hərbi dairəsinin hərbçiləri T-72 tanklarının ekipajlarının yeni metodikası üzrə hazırlıq aparacaq.

“İki həftəlik təlimlərin gedişatında təcrübəli mütəxəssislər 100-dən çox gənc hərbi qulluqçuya müxtəlif mövqelərdən “tank dueli” tapşırığı çərçivəsində yüksək dağlıq və isti iqlim şəraitində keçilmiş yer üzrə kəşfiyyat, topoqrafiya, sürət, taktika, alovlu qəbulları öyrədəcəklər”, – xəbərdə deyilir.

“Tank dueli” tapşırığının icra edilməsində tank ekipajlarının hazırlığı Ermənistan Respublikasında Cənub hərbi dairəsinin Rusiya hərbi bazasında ilk dəfə baş tutacaq.