Düyü kəskin BAHALAŞDI

Düyünün dünya bazarlarında qiyməti avqust ayında son 15 ildəki ən yüksək səviyyəsinə çatıb. Bu rəqəm Hindistanın bu dənli bitki növünün ixracına məhdudiyyətlər tətbiq etməsindən sonra iyul ayı ilə müqayisədə 9,8 faiz artıb.

Düyünün bütün növləri üzrə qiymətlərin bahalaşması dünyanın ən iri düyü ixracatçısı olan Hindistanın “İndica” ağ düyü növünün ixracına qoyduğu qadağadan sonra düyü ticarətində fasilələrin yaranmasına səbəb olub.

FAO-nun məlumatına əsasən, dünya üzrə dənli bitkilərin istehsalı 2,815 milyard tona çatacaq ki, bu da 2021-ci ildə əldə edilmiş rekorda tam uyğundur.