Ebru Gündeş erməni sənətçini yarışdan qovdu

49

 

“O səs Türkiyə” müsabiqəsində qalmaqal yaşanıb.

Türkiyənin tanınmış sənətçisi, həbs olunan azərbaycanlı iş adamı Rza Zərrabın həyat yoldaşı Ebru Gündeş müsabiqədə qalmaqal yaradıb. O,İstanbul ermənisi olan Corc Şakeri yarışmadan uzaqlaşdırıb.

Belə ki, erməni sənətçi, “Son səyahətçi” mahnısını ifa etdikdən sonra, mahnı ətrafında müzakirələr başlayıb. Ebru Gündeş, müzakirələrin sonunda erməninin oxuduğu mahnın zəif oxuduğunu deyərək, müsabiqədən çıxarılmasını tələb edib.

Münsiflər heyətinin digər üzvləri də müğənninin tələbi ilə onu müsabiqədən kənarlaşdırımalı olublar.