İslam Rzayev 4 milyon manatı hara xərcləyib?

47

İcra başçısının göstərişinə əsasən rayonda yolun kənarındakı evlərin yalnız yola baxan hissəsi təmir olunsada qalan pullun hansı məqsədlərlə istifadə olunması müammalıdır Verilən məlumatlarda bildirilir ki, artıq rayon əhalisini boğaza yığan icra başçısının zülümü ərşə dirənib Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin əsas gəlir mənbələrindən biri rayonda müxtəlif təmir bərpa işlərinin aparılması üçün elan edilən tenderlərdir. Bu barədə redaksiyamızı bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, Balakən Rayon İcra Hakimiyyəti tenderlərdə əsasən özünə yaxın olan və ya irəli sürülən «şərt»lərə əməl edən şirkətlərin qələbə qazanmasını təmin edir.Məhz bu yolla külli miqdarda vəsaitin mənimsənildiyini bildirən mənbənin iddiasına görə, Balakən Rayon Maliyyə İdarəsi də bu tip proseslərin fəal iştirakçılarındandır: «Nəzərinizə çatdırım ki, İslam Rzayev icra başçısı təyin olunduqdan sonra rayon üzrə tenderlərin sayı və məbləği bir xeyli artmağa başlayıb. Bu isə tamam başqa məqamlardan xəbər verir. Tenderlər zamanı ayrılmış vəsaitlərin çox az bir hissəsi təyinatı üzrə xərclənir. Belə ki, ayrılmış vəsaitin əsas hissəsi qeyri-müəyyən səmtlərə sərf olunur. Bildiyiniz kimi, bu günlərdə ölkə başçısı Balakən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə sərəncam imzalayıb. Həmin sərəncama əsasən 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan Balakən Rayon İcra Hakimiyyətinə 2 milyon manat ayrılıb. Ölkə başçısının digər sərəncamı ilə 44 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisi məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan Balakən Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat ayrılması qərara alınıb. Beləliklə, bu günlərdə Balakən Rayon İcra Hakimiyyətinə ümumilikdə 4 milyon manat vəsait ayrılıb. Maraqlıdır, görəsən, icra başçısı İslam Rzayev həmin vəsaiti necə xərcləyəcək?..»Balakən rayonunun kanalizasiya sisteminin bərbad vəziyyətdə olduğunu vurğulayan şikayətçilərin Azerinews.org-a bildirdiyinə görə, büdcədən ayrılmış vəsaitlərin xərclənməsi düzgün aparılmır. Yəni bu və digər işlərə sərf olunan vəsait mövcud reallıqla üst-üstə düşmür: «Belə ki, rayonda aparılan bir sıra təmir-bərpa işlərinə çəkilən xərclərlə göstərilən rəqəmlər arasında ziddiyyət var. Üstəlik, bu işlərin bir çoxu yerli idarə və müəssisələrdən yığılmış vəsaitlər hesabına reallaşdırılıb. Ən böyük yalan isə küçələrin abadlaşdırılması və yenidənqurulması ilə bağlıdır. Balakəndə faktiki olaraq bir neçə əsas küçə asfaltlanıb və yol kənarındakı evlər kosmetik yeniliyə məruz qalıblar. Belə ki, icra başçısının göstərişinə əsasən yolun kənarındakı evlərin yalnız yola baxan hissəsi təmir olunub. Bina və evlərin daxilə açılan hissələri isə ümumiyyətlə, təmir edilməyib. Bunu azacıq müşahidə apardıqda görmək mümkündür».İslam Rzayevin bir sıra əməllərindən sonra əhali arasında ona olan inam və etibarın azaldığını deyən mənbə iddia edir ki, rayonun büdcədən maliyyələşdirilən idarə və müəssisələrə ayrılmış vəsaitlər təyinatı üzrə deyil, icra hakimiyyətinin maraqları üzrə xərclənir: «Əvvəlki icra başçıları əhalini diqqətdə saxlayır, onlara müyəyyən yardımlar edirdi. Lakin İslam Rzayev rayona icra başçısı təyin ediləndən sonra vaxtının böyük hissəsini şəxsi işlərinə sərf edir. O, hər hansısa bir problemlə bağlı qəbuluna girən vətəndaşların proğlemlərini həll etmədən onları yola salır. Bu gün rayonun təhsil və səhiyyə sistemi də qənaətbəxş deyil. Bütün bunlara görə məsuliyyət birbaşa icra başçısının üzərindədir».Azerinews.tv

 

Qarşı tərəfi də dinləyə bilərik