media-ehliman

XALQ.AZ xəbər verir ki, hazırda ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova Azərbaycanda daha bir həkimin diplomunun saxta olduğu ilə bağlı məlumat paylaşıb.

media-ganira

 

Özünün “instagram” sosial şəbəkə  platforması hesabında paylaşdığı məlumatı və faktları təqdim edirik:

media-01

Azərbaycanın axsaq səhiyyə sisteminin diqqətinə! Bu sənədin sahibi Azərbaycan Səhiyyə Nazirliyindən həkim-fizioterapevt kimi sertifikat alıb. O, digər tibb universiteti məzunları kimi tam ixtisaslı həkim sertifikatını necə əldə edib? Gəlin, onun təhsil yoluna nəzər salaq:

media-02

-2003-2008-ci ildə cü ildə Odalar Yurdu Universitetinə tibbi biologiya ixtisası üzrə bakalavr təhsil alıb.

Maraqlıdır ki, bir il sonra tibbi biologiya ixtisasını bitirən şəxs Şəmkir Rayon Xəstəxanasında həkim-fizioterapevt kimi internatura keçib. Saxtakarlığın ilk təməli elə burada qoyulub.

media-033

Tibbi biologiya üzrə təhsil alan biri hansı əsasla Şəmkirdə həkim-fizioterapevt kimi internatura keçə bilər? Daha sonra Azərbaycan Səhiyyə Nazirliyindən fizioterapiya və tibbi bərpa ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə alıb. Bu sertifikat həkimlərə verilən sertifikata çox bənzəyir, lakin tam eyni deyil. Bu şəxs isə bütün günü ekranlarda həkim-fizioterapevt kimi təqdim olunur və klinika idarə edir. Bu saxtakarlığı təkcə mən görürəm, yoxsa səhv görürəm? Bəs həkim kimdir? Tibbi biologiya ixtisasını bitirənlər nə vaxtdan həkim elan ediliblər?

Tibbi biolog – biologiyanın tibbi aspektləri ilə məşğul olan mütəxəssisdir. O, insan orqanizminin bioloji proseslərini, xəstəliklərin molekulyar və hüceyrə səviyyəsində yaranma səbəblərini, onların diaqnostikası və müalicəsi üçün bioloji üsulları araşdırır.Tibbi biologlar laboratoriyalarda, tədqiqat institutlarında və biotexnologiya şirkətlərində çalışırlar. Başqa bir sual, ixtisası necə rahatlıqla dəyişmək olur? İnsan bədəninə sirayət edənlərə kim bu haqqı tanıyıb? Bu sualların cavabını xalq bilməlidir! Səhiyyə Nazirliyi və TƏBİB isə susmağa davam edir! Səhiyyə Nazirliyi heç nəyi görmək istəmir deyə Qənirə Ataşova qeyd edib.

media-ehliman

Qeyd edək ki,  1992-ci ildən 24 noyabr 2015-ci ilədək Azərbaycan Tibb Universitetinin rektoru  , hal-hazırda  Milli Məclisin Səhiyyə Komitəsininin sədri Əhliman Əmiraslanov olub.

Məlumat üçün bildirir ki, Həmin şəxsə  Azərbaycan Tibb Universitetinin 2011-ci ildə Buraxılış imtahan komissiyası tərəfində fizioterapevt ixtisası üzrə vəsiqə verilib

media-033


media-ads728x90

Bənzər xəbərlər