Elşad Həsənov şəhid ailələrindən olan məktəbli və tələbələrlə görüş keçirib

Yasamal Rayon İcra Hakimiyyətində  şəhid ailələrindən olan məktəbli və tələbələrlə görüş keçirilib
Yasamal Rayon İcra Hakimiyyətində yeni tədris ili ərəfəsində şəhid ailələrindən olan məktəbli və tələbələrlə görüş keçirilib.Tədbiri giriş sözü ilə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qarşıdan gələn Bilik Günü münasibətilə şagird və valideynləri təbrik etdi. Qeyd edildi ki, möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə dəstək olaraq Yasamal rayonunda şəhid ailələrinə diqqət və qayğı göstərilir. Yasamal rayonunda mütəmadi şəkildə şəhid ailələri ilə görüşlər keçirilir, onların müraciətləri dinlənilir və həll edilir. Yasamal Rayon İcra Hakimiyyətinnin başçısı Elşad Həsənov öz çıxışında vurğuladı ki, məhz cəsur Azərbaycan əsgəri Qarabağı işğaldan azad etdi və şəhidlər hər zaman Azərbaycan xalqının yaddaşında yaşayacaqlar.
Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri ölkə Prezidenti cənab İlham Əliyevə, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya uşaqlara göstərdikləri qayğıya görə dərin minnətdarlıqlarını bildirdilər. Tədbirdə məktəbilər də çıxış edərək öz təhsil və dərsləri ilə bağlı fikirləri ilə bölüşdülər. Şəhid övladlarının İcra başçısına sualları isə toplantı iştirakçılarında xoş təbəssüm yaratdı.
Sonda məktəblilərə hədəyyilər təqdim edildi və xatirə fotosu çəkildi.