Elçin Əfəndiyevin qızı hakim təyin ediləcək

Humay Elçin qızı Əfəndiyevanın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb.

Bununla bağlı məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

H.Əfəndiyeva hal-hazırda Konstitusiya Məhkəməsinin Cinayət və inzibati hüquq şöbəsinin müdiri vəzifəsində çalışır,hüquq üzrə fəlsəfə doktorudur.

Qeyd edək ki, Humay Əfəndiyeva Baş nazirin keçmiş müavini, xalq yazıçısı Elçin Əfəndiyevin qızı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bacısıdır.