Elməddin xalq artistləri haqqında

 

1

Aktyor Elməddin Cəfərov xalq artistlərindən şikayətlənib.

Xalq.az-ın məlumatına görə, “Günəbaxan” verilişinin qonağı olan aktyor əksər məşhurların onlara dəstək olmadığını deyib:

“İlk dəfə bu işə “Tək səbr”lə başladıq. Bir çox ölkələrdə çıxış etmişik. Rusları, ingilisləri, ukraynalıları güldürməyi bacarmışıq. Öz vətənimizdə isə xalq artistləri bizi pisləmək üçün fürsət axtarırlar. Əllərinə mikrofon düşəndə başlayırlar tənqidə. Baxan kimi deyirlər, çox zəifdir. Xalq artistlərinə demək istəyirəm ki, gəncləri vurmasınlar, əksinə dəstək olsunlar, özlərini sübut etmələrinə imkan yaratsınlar. Mən bu gün Yaşar Nuri ola bilmərəm. O, çox məktəb keçib. Amma 40 ildən sonra mütləq Elməddin Cəfərov olacam”.

“Bacanaqlar” serialından danışan E.Cəfərov onun ən uğurlu ekran işi olduğunu iddia edib:

“Bizim serial bu gün ən reytinqli ekran işidir. Ən azından tamaşaçı televizoru açanda ailəsi ilə oturub sərbəst baxa bilər, ekran işıqlanan kimi oğlanla qızın qucaqlaşdığını görməyəcək. Serialımızda bəyənmədiyim obrazlar, məqamlar çoxdur. Ancaq zamanla bunu da həll edəcəyik”.